Logo

Xəlil Kələntər: Qarabağ Universiteti yeni əməkdaşlıq modelləri tətbiq etmək üçün çox böyük fürsətdir

14.11.2025 17:34 28 baxış
IMG

Gələcəkdə Azərbaycan elmində strateji sahələrə fokuslanmaq vacibdir. Enerji keçidi və bərpaolunan enerji sahəsi ön plana çıxmalıdır – Günəş və külək enerjisi texnologiyaları, hidrogen və yaşıl yanacaqlar, ağıllı şəbəkələr və enerji səmərəliliyi sahəsində tətbiqi tədqiqatlar aparılmalıdır. İKT və rəqəmsal texnologiyalarda isə yerli sənaye proseslərini optimallaşdırmaq, kibertəhlükəsizlik sahəsində insan kapitalını inkişaf etdirmək önəmlidir.

Bu fikirləri Yaponiyada yaşayan azərbaycanlı professor, elektronika mühəndisi, ixtiraçı Xəlil Kələntər səsləndirib.

O bildirib ki, strukturu yenicə formalaşan və təkmilləşdirilən Qarabağ Universiteti bu cür yeni əməkdaşlıq modelləri tətbiq etmək üçün böyük fürsətdir. “Qarabağ Universitetinin missiyası ilkin mərhələdə bir və ya iki strateji, bazaryönümlü istiqamətə fokuslanmaq, beynəlxalq universitetlər və sənaye liderləri ilə əməkdaşlıq qurmaq, eləcə də kurikulum və laboratoriya infrastrukturunu biznesin real ehtiyaclarına tam uyğun şəkildə formalaşdırmaq olmalıdır”, - deyə X.Kələntər əlavə edib.

Xəbər lenti