Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinin Tədbirlər planı çərçivəsində Akademiya şəhərciyi ərazisində salınmış Nadir ağaclar parkında ağacəkmə aksiyası həyata keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri və AMEA Rəyasət Heyəti aparatının Akademiya şəhərciyi şöbəsinin əməkdaşları iştirak ediblər.
Akademik İsa Həbibbəyli və Rəyasət Heyətinin üzvləri Nadir ağaclar parkında ölkəmizin iqlim şəraitinə uyğun ağac və kol bitkiləri əkib, aqrotexniki qulluq göstəriblər.