Logo

2027–2030-cu illərdə peşə təhsilinin əhatə dairəsi genişləndiriləcək

14.11.2025 17:47 26 baxış
IMG

Peşə təhsilinin məzmunu əhəmiyyətli dərəcədə genişlənib. 2011-ci ildən bəri peşə təhsilinə qəbul 113 faiz artıb ki, bu da sahəyə marağın yüksəldiyini təsdiqləyir.

Bu fikirləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən direktor müavini Simnar Məmmədov “Bir peşənin sirri” festivalında deyib. O bildirib ki, 2027–2030-cu illər üçün əsas prioritetlərdən biri peşə təhsilinin əhatə dairəsini daha da genişləndirməkdir: “Bu istiqamət əmək bazarının tələbləri ilə uyğunlaşdırılır. Məzmunun yenilənməsi və keyfiyyətin artırılması həlledici amil kimi qiymətləndirilir.

Hər il 15 yeni təhsil proqramı hazırlanır, yeni ixtisaslar formalaşdırılır. Məzmun çevik və tələbat əsaslıdır. Yeni yanaşmanın mühüm elementlərindən biri tədris materiallarının yenilənməsidir. Yerli və xarici müəlliflərin iştirakı ilə 70-ə yaxın yeni dərslik hazırlanıb”.

Simnar Məmmədov əlavə edib ki, işəgötürən amili peşə təhsilində çox vacibdir. Bu səbəbdən bütün ixtisaslar üzrə işəgötürənlərin prosesə cəlb edilməsinə xüsusi diqqət yetirilir.

Xəbər lenti