Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Lefke Avropa Universitetinin rektoru Mehmet Ali Yükselenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Turizm və Menecment Universitetini (ATMU) ziyarət edib.
Bu barədə TƏHSİL.BİZ -ə ATMU-dan bildirilib.
ATMU rektoru İlham Mədətov ali təhsil müəssisəsində tədris prosesi, beynəlxalq və ölkəiçi tədbirlərdə iştirak barədə qonaqlara ətraflı məlumat verib.
Söhbət əsnasında mümkün əməkdaşlıq imkanları, o cümlədən beynəlxalq təhsil, layihə və proqramların təşkili məsələləri prioritet istiqamət kimi dəyərləndirilib. Lefke Avropa Universitetinin nümayəndələri Azərbaycan ilə Şimali Kipr Türk Respublikası arasında olan ikitərəfli münasibətlərdən məmnunluqlarını bildiriblər.