Azərbaycan Texnologiya Universiteti (ATU) “Round University Ranking” (RUR) beynəlxalq reytinqində Azərbaycanın region universitetləri arasında 1-ci, ölkə universitetləri arasında 8-ci pillədə yer alıb.
Universitetdən TƏHSİL.BİZ -in bölgə müxbirinə verilən məlumata görə, ATU nüfuzlu beynəlxalq reytinq cədvəlinin 2025-ci il siyahısının dünya sıralamasında isə 1117-ci yerdə qərarlaşıb.
RUR reytinqi dünya üzrə ali təhsil müəssisələrinin fəaliyyətini 20 göstərici əsasında dörd strateji sahə – tədris (40 faiz), tədqiqat (40 faiz), beynəlxalq müxtəliflik (10 faiz) və maliyyə dayanıqlığı (10 faiz) üzrə qiymətləndirir.
Qeyd edək ki, RUR reytinqinin məlumatları nüfuzlu “Clarivate Analytics” şirkətinin “Global Institutional Profiles Project” platforması vasitəsilə toplanır və “Web of Science Core Collection” bazasındakı bibliometrik göstəricilərə əsaslanır. Tədris və tədqiqat sahələrində reputasiya göstəriciləri isə hər il keçirilən Akademik Reputasiya Sorğusu əsasında müəyyənləşdirilir.