Logo

Sumqayıt fərqlənmə attestatı alan məzunlarının sayına görə birinci olub

04.06.2025 12:41 81 baxış
IMG

Azərbaycanda ötən tədris ilində ən çox fərqlənmə attestatı alanlar Sumqayıt məzunları olublar. 

TƏHSİL.BİZ  Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12” jurnalına istinadən bildirir ki, şəhərin məzunları bu sahədə respublika üzrə birincilik əldə ediblər.

Sumqayıtda keçən tədris ilində ümumilikdə 697 nəfər məzun fərqlənmə attestatı alıb. Onların 307-si IX, 390-ı isə XI sinif məzunu olub. İkinci yerdə Bakı şəhərinin Xətai (ümumilikdə 675), üçüncü yerdə Nəsimi rayonunun (ümumilikdə 635) məzunları qərarlaşıb.

Qeyd edək ki, fərqlənmə attestatları məzuna iki əsas meyara əsasən verilir. Bunun üçün məzunun bütün fənlər üzrə illik (yekun) qiymətləri “5” olmalı, buraxılış imtahanlarında hər bir fəndən minimum 75 bal toplamalıdır.


 

Xəbər lenti