Logo

Qəbul imtahanlarında “4” və “5” qiyməti alanların sayı artıb

03.06.2025 11:59 138 baxış
IMG

“0-700 bal diapazonunu şərti olaraq (0–200), (200–300), (300–500), (500–700) intervallarına bölərək ənənəvi “2”, “3”, “4”, “5” qiymətləri ilə analogiyasını yaratsaq, görərik ki, bu il “2” və “3” qiymət alanların faizi nisbətən azalıb, “4” və “5” qiymət alanların faizi isə artıb”.

TƏHSİL.BİZ  xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12” jurnalında qeyd olunub.

Hesabata görə, qəbul olanların 29.4%-ni “3”, 46.1%-ni “4”, 19.1%-ni isə “5” qiymət alanlar təşkil edib. Ötən il bu göstəricilər, uyğun olaraq, 34.3%, 43.2%, 13.1% olub.

Xəbər lenti