Gənclər və idman naziri Fərid Qayıbovun gənclər təşkilatlarının rəhbər və nümayəndələri ilə görüşü olub.
Gənclər və İdman Nazirliyi və nazirliyin yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə Sumqayıt şəhərində keçirilən görüşdə çıxış edən “BDU könüllüləri” təşkilatının sədri Nərmin Heydərova təşkilatın universitet daxilində və ölkənin ictimai həyatındakı fəaliyyəti barədə məlumat verib. O, təşkilatın “Süni intellekt etikası məktəbi” layihəsini təqdim edib. Bu barədə TƏHSİL.BİZ -ə BDU-dan məlumat verilib.
Bildirilib ki, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” əsasında hazırlanan layihə Türk dünyasından olan tələbə və gəncləri bir araya gətirmək, süni intellektin etik aspektləri üzrə bacarıqları inkişaf etdirmək, etik qərarvermə qabiliyyətini gücləndirmək, gənclər arasında qarşılıqlı təcrübə və bilik mübadiləsi yaratmaq, süni intellektin cəmiyyətə təsiri ilə bağlı maarifləndirməni artırmaq, regionlararası əməkdaşlıq və dialoq mühitini təşviq etmək məqsədi daşıyır.
Nərmin Heydərova xatırladıb ki, qeyd olunan məsələlərin elmi səviyyədə araşdırılması, təhlili və həlli üçün 2024-cü ildə universitetin Elmi şurası BDU-da Süni intellekt etikası kafedrasının yaradılması ilə bağlı qərar qəbul edib.