Logo

BSU beynəlxalq reytinqdə uğur qazanıb

02.06.2025 16:24 94 baxış
IMG

 

Bakı Slavyan Universiteti (BSU) ilk dəfə olaraq iştirak etdiyi “Round University Ranking” (RUR) 2025 beynəlxalq reytinq cədvəlində dünya üzrə 1098 və Azərbaycan universitetləri üzrə isə  6-cı sırada yer alıb.

RUR reytinq sistemi universitetlərin fəaliyyətini 20 indikator və 4 əsas sahə üzrə qiymətləndirir: tədris(40%), tədqiqat (40%), beynəlxalq müxtəliflik (10%) və maliyyə dayanıqlığı (10%).

BSU-nun bu uğuru “Clarivate  Analytics” şirkətinin “Global İnstutional Profiles Project” platformasında və “Web of Science Core Collection” bazasındakı fəal bibliometrik göstəricilərinə əsaslanır.

#BSU #BakıSlavyanUniversiteti #UniversitetReytinqi #Təhsil #Elm #RoundUniversityRanking

Xəbər lenti