Logo

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi şagird qəbulu elan edir

02.06.2025 15:24 226 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyi 2025/2026-cı tədris ili üçün V sinfə şagird qəbulu elan edir.

Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, müsabiqədə ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların Azərbaycan və rus bölmələri üzrə təhsil alan IV sinif şagirdləri iştirak edə bilərlər. Qeydiyyat prosesi 2025-ci il 05 iyun tarixindən 20 iyun tarixinədək davam edəcək. Qəbul imtahanında iştirak etmək üçün qeydiyyat elektron portal (http://qebul-lisey.bsu.edu.az/) vasitəsilə həyata keçirilir. Qəbul imtahanı 2025-ci il 02 iyul tarixində keçiriləcək. Qəbul planı Azərbaycan bölməsi üzrə 100, rus bölməsi üzrə isə 50 yer olmaqla nəzərdə tutulub.

Liseyə qəbul imtahanı yalnız bir mərhələdən ibarətdir və imtahanın müddəti 2 (iki) saat təşkil edir. İmtahan aşağıdakı fənlər üzrə test üsulu ilə aparılır:

- Tədris dili (Azərbaycan dili və ya rus dili) – 25 sual;

- Riyaziyyat – 25 sual;

- Məntiq – 10 sual.

Qəbul imtahanının keçiriləcəyi yer haqqında əlavə məlumat veriləcək.

Əlaqə üçün:

Telefon: (012) 510-74-54; (070) 313-37-20

Elektron poçt: [email protected] / [email protected]

Xəbər lenti