Naxçıvanda 2024-2025-ci tədris ili üzrə fərqlənmə attestatına layiq görülən məzunların sayı son 30 ilin ən yüksək göstəricisi olub.
TƏHSİL.BİZ -ə bu barədə məlumat Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən verilib.
Bildirilib ki, 2024-2025-ci tədris ilində IX sinifləri 196, XI sinifləri isə 277 nəfər fərqlənmə attestatı ilə bitirib.
Qeyd edək ki, bu, ötən illə müqayisədə müvafiq olaraq 47 və 8 faiz artım deməkdir.