Logo

Cəlilabad Peşə Təhsil Mərkəzində aqrar sahə əməkdaşlığı müzakirə olunub

04.12.2025 16:52 85 baxış
IMG

Bu gün Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi və struktur bölmələrinin nümayəndələri Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə səfər edib.

TƏHSİL.BİZ xəbər verir ki, səfər zamanı mərkəzin tədris prosesi, maddi-texniki bazası və istehsalat sahələri ilə tanışlıq həyata keçirilib. 

Görüşdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Kənan Mirzəyev, Aqrar Xidmətlər Agentliyi sədrinin müavini Elməddin Namazov və aidiyyəti qurumların digər nümayəndələri iştirak ediblər.

Səfər çərçivəsində tədris proqramlarının hazırlanması və yenilənməsi, pedoqoji və mütəxəssis heyətinin bacarıqlarının təkmilləşdirilməsi, baytarlıq üzrə ixtisaslaşmış Tədris–İstehsalat Mərkəzinin yaradılması, laboratoriya və tədris avadanlıqlarının təmin edilməsi, eləcə də real təsərrüfatlarda tələbələrin praktik təcrübə keçməsi kimi mövzular müzakirə olunub.

Görüşün məqsədi peşə təhsilinin təşkilində maraqlı tərəflərlə real əməkdaşlığın genişləndirilməsi, həmçinin sahələr üzrə təhsilalanların müasir bacarıqlara yiyələnməsinin təmin edilməsidir.

Xəbər lenti