Logo

Emin Əmrullayevə "Fəxri doktor" adı verildi - FOTO

07.12.2025 20:34 299 baxış
IMG

Xəbər verdiyimiz kimi, dekabrın 5-də elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın qabaqcıl ali təhsil müəssisələrindən olan Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universitetinə səfər edib.

Tehsil.biz xəbər verir ki, Emin Əmrullayev Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adı ilə təltif olunub.

Qeyd edək ki, Emin Əmrullayevin Gürcüstana səfəri çərçivəsində bu ölkənin təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə görüşü olub. 

Görüşdə elm və təhsil sahəsində əməkdaşlıq, universitetlərarası və STEAM üzrə əlaqələrin genişləndirilməsi, hər iki ölkədə Azərbaycan və gürcü dillərinin tədrisinin davam etdirilməsi, elmlə bağlı birgə layihələr və digər məsələlər müzakirə edilib.

Emin Əmrullayevə Gürcüstanda Emin Əmrullayevə Gürcüstanda

Xəbər lenti