Logo

Emin Əmrullayev: Gürcüstanın ali məktəbləri ilə tələbə mübadiləsi proqramlarını genişləndirmək istəyirik

05.12.2025 21:33 23 baxış
IMG

Azərbaycan Gürcüstanla ali təhsil müəssisələri arasında birgə tədqiqatlar aparmaq, tələbə mübadiləsi proqramlarını genişləndirmək və iki ölkənin gəncləri üçün faydalı layihələri gerçəkləşdirmək istəyir.

Bunu "Report"un Gürcüstan bürosuna bu ölkəyə səfər edən Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev deyib.

O qeyd edib ki, səfərin əsas məqsədi Azərbaycan və Gürcüstan arasında təhsil və elm sahəsində əməkdaşlığı müzakirə etməkdir.

Nazir bildirib ki, səfər çərçivəsində həm Tbilisidəki məktəblərdə, həm də Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universitetində görüşlər keçiriləcək.

E.Əmrullayev əlavə edib ki, prioritet Azərbaycan və Gürcüstanda fəaliyyət göstərən məktəblərdə təhsilin keyfiyyətinin artırılması və müəllim hazırlığının gücləndirilməsidir.

Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan dili və Gürcü dili dərslərini tədris edən müəllimlər üçün ixtisasartırma təlimləri həm Azərbaycanda, həm də Gürcüstanda təşkil ediləcək.

Xəbər lenti