Logo

Könüllülər “İlin Könüllüsü” mükafatı ilə təltif ediliblər

04.12.2025 15:31 27 baxış
IMG

Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Azərbaycan Könüllülük Həftəsi 2025” başlanması ilə əlaqədar olaraq Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, forum çərçivəsində könüllülər müxtəlif nominasiyalar üzrə “İlin könüllüsü” mükafatı ilə təltif ediliblər.

“Dövlət qurumlarında könüllülük” nominasiyası üzrə 18 nəfər;

“Genişmiqyaslı tədbirlərdə könüllülük” nominasiyası üzrə 17 nəfər; 

“Ekoloji könüllülük” nominasiyası üzrə 4 nəfər; 

“Sosialyönümlü könüllülük” nominasiyası üzrə 4 nəfər; 

“Uzunmüddətli könüllülük” nominasiyası üzrə isə 15 nəfər “İlin könüllüsü” mükafatı ilə təltif olunub.

Təltif edilən könüllülərə hədiyyələr və sertifikatlar təqdim edilib.

Xəbər lenti