Logo

Elm və Təhsil Nazirliyinin tabeliyində üç elmi istehsalat birliyi ləğv edilib

08.12.2025 21:38 25 baxış
IMG

Elm və Təhsil Nazirliyinin tabeliyindəki “Nafta”, “Aşqar” və “Kompozit” Elmi İstehsalat birlikləri ləğv edilib. Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.

Qərara əsasən, Elm və Təhsil Nazirliyi “Nafta”, “Aşqar” və “Kompozit” Elmi İstehsalat birliklərinin ləğv edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri tədbirlər görməli və nəticəsi barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası bu Qərardan irəli gələn digər məsələləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll etməlidir.

Xəbər lenti