Logo

UNEC-in gənc müəllimi rəqəmsallaşmanın məşğulluq və enerji keçidinə təsiri barədə Romada məruzə edib

05.12.2025 21:29 26 baxış
IMG

UNEC-in “Biznesin idarə edilməsi” kafedrasının baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Mirvari Qəzənfərli Xəqani qızı 27–28 noyabr 2025-ci il tarixlərində Roma şəhərində University of Washington Rome Center-də keçirilən “44th RSEP International Conference on Economics, Finance and Business” beynəlxalq konfransında elmi məruzə ilə çıxış edib.

Tədqiqatçı “Does Digitalization Shape Employment and Energy Transition? A Multi-Country Panel Causality Analysis” mövzusunda apardığı araşdırmanın nəticələrini təqdim edib. Tədqiqatda rəqəmsallaşmanın müxtəlif ölkələr üzrə məşğulluq strukturlarına və enerji keçidi proseslərinə təsiri panel analizi əsasında qiymətləndirilib.

Konfransda Avropa İttifaqı ölkələri ilə yanaşı Asiya, Şimali Amerika, Afrika və digər regionlardan olmaqla ümumilikdə 27 ölkədən alimlər iştirak edib. Tədbirdə süni intellekt və maşın öyrənməsi texnologiyalarının, eləcə də müasir empirik və ekonometriya modellərinin iqtisadiyyat, maliyyə və biznes sahələrində tətbiqi üzrə məruzələr geniş müzakirə olunub.

Toplantıda rəqəmsallaşmanın iqtisadi və maliyyə sistemləri üçün yaratdığı imkanlar, çağırışlar və qlobal tendensiyalar ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Konfrans yeni akademik əməkdaşlıq imkanlarının formalaşmasına da töhfə verib.

Xəbər lenti