Logo

Paytaxt məktəblərində "BilBacar" müsabiqəsinin “Yarış” mərhələsi keçirilir

05.12.2025 14:13 26 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “BilBacar” müsabiqəsinin dekabr ayı üzrə yarış mərhələsi keçirilir.

BŞTİ-dən TƏHSİL.BİZ-ə bildirilib ki, “Yarış” mərhələsində III və IV sinif şagirdləri oxu üzrə bilik və bacarıqlarını nümayiş etdirirlər.

“Yarış” mərhələsinin hər bir seansı məktəbdə BilBacar koordinatorunun müşayiəti ilə keçirilir. “Yarış” mərhələsi dekabrın 11-dək davam edəcək.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən “BilBacar” müsabiqəsinin “Yarış” mərhələsi cari tədris ili üzrə ümumilikdə 4 dəfə təşkil olunacaq. Proses tamamlandıqdan sonra nəticələr respublika, regional təhsil idarəsi və məktəb üzrə elan ediləcək.

Müsabiqədə ən çox bal toplamış şagirdlər 2026-cı ilin iyun ayında final yarışında iştirak edəcək.

Onu da qeyd edək ki, müsabiqənin məqsədi ibtidai sinif şagirdlərində oxu savadlılığını artırmaq, mətnin məzmununu anlama, təhlil və nəticə çıxarma bacarıqlarını inkişaf etdirmək, oxu fəaliyyətlərini təşviq etmək, eyni zamanda şagirdlərə kompüter əsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaqdan ibarətdir.

Xəbər lenti