Logo

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində "açıq dərs" keçirilib

08.12.2025 13:10 87 baxış
IMG

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində sterilizasiya, qidalı mühitlər və seyrəltmə mövzularında maraqlı və interaktiv "açıq dərs" keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, tələbələr həm nəzəri biliklərini, həm də praktiki bacarıqlarını nümayiş etdiriblər.  

Dərsdə laboratoriya qaydaları rollu oyun formatında canlandırılıb, qruplar sterilizasiya prosesini praktik olaraq təqdim ediblər.
Mövzu “Bilik ağacı” ilə sistemləşdirilib, qidalı mühitlər və seyrəltmə poster və təqdimatlarla izah olunub, krosvord tapşırığı ilə biliklər möhkəmləndirilib.

"Açıq dərs" müəllim heyəti tərəfindən maraqla izlənilib və fikir mübadiləsi ilə yekunlaşıb.  

Qeyd edək ki, dərs Zəhra Mahmudova tərəfindən "Laborant-mikrobioloq" ixtisasında oxuyan tələbələr üçün keçirilib.

Xəbər lenti