22–30 noyabr tarixlərində Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə təşkil olunan beynəlxalq təlim-təcrübə proqramı çərçivəsində Mərkəzin bir qrup mühəndis-pedaqoji heyəti Türkiyənin Bursa, Antalya və İstanbul şəhərlərində yerləşən qabaqcıl peşə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olublar.
TƏHSİL.BİZ xəbər verir ki, təcrübə proqramı Azərbaycan və Türkiyə arasında peşə təhsili sahəsində imzalanmış əməkdaşlıq protokoluna əsasən həyata keçirilib. Proqram zamanı tədris metodikası, praktiki təlimlərin təşkili və beynəlxalq yanaşmalar üzrə təcrübə mübadiləsi aparılıb.
Proqramda iştirak edən müəllimlər:
Qismət Məsimov, Tural Səbzəliyev – Bursa
Valeh Mikayılov – Antalya
Fəqan Şeydayev – İstanbul