Logo

Bu universitetdə müəllimlərin əməkhaqları ARTIRILDI

02.12.2025 10:51 76 baxış
IMG

Dekabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib. 

TƏHSİL.BİZ xəbər verir ki, Elmi Şuranın iclasında rektor, dosent Rüfət Əzizovun təqdimatı əsasında ADNSU-nun professor-müəllim heyətinin əməkhaqlarının artırılması barədə qərar qəbul edilib.

Elmi şuranın qərarına əsasən dekan, kafedra müdirləri, dosent, baş müəllim və müəllimlərin əmək haqqı 15–20 %, tyutorların 33% və laborantların 20% artırılıb. 

Artımdan sonra professor-müəllim heyətinin əmək haqqı aşağıdakı kimi olmuşdur:

- Professor 2150 AZN

- Dosent 1700 AZN

- Baş müəllim 1500 AZN

- Müəllim 1350 AZN

Qeyd etmək lazımdır ki, ADNSU-da professor-müəllim heyəti üçün əlavə olaraq elmi nəticələrə əsaslanan diferensial əməkhaqqı sistemi də mövcuddur. 2025-ci ildə 270 nəfər bu imkandan istifadə edib. 

Əməkdaşlar yanvar ayının 1-dən əməkhaqlarını artımla alacaqlar.

Xəbər lenti