Logo

AzTU-da “Kadr indeksi” pilot layihəsinin nəticələrinə dair görüş keçirilib

22.07.2025 14:29 52 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan “Kadr indeksi” pilot layihəsinin nəticələrinə dair görüş keçirilib.

AzTU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, görüşdə rektor Vilayət Vəliyev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev və hər iki tərəfdən aidiyyəti üzrə nümayəndələr iştirak edib.

Məlumat verilib ki, ilkin olaraq layihədə universitetin iki fakültəsindən ikinci kursda təhsil alan 65 tələbə iştirak edib və 7 istiqamətdə onların qeyri-akademik fəaliyyətləri qiymətləndirilib. Növbəti mərhələ olaraq isə layihəyə cəlb olunan tələbələrin fərdi inkişafına dəstək məqsədilə tədbirlər planı hazırlanacaq.

Ondan artıq nüfuzlu beynəlxalq universitetin təcrübəsi əsasında hazırlanan “Kadr indeksi”nin məqsədi tələbələrin əmək bazarında rəqabət qabiliyyətinə təsir edən fərdi göstəriciləri ölçmək, səriştələrarası balansı qiymətləndirmək, tələbələrin fərdi inkişafına yönəlik sistemli yanaşmanı formalaşdırmaqdır.

Gələcəkdə layihənin genişləndirilərək AzTU-nun digər fakültələrində də həyata keçirilməsi nəzərdə tutulur.

 

 

 

 


 

Xəbər lenti