Logo

ADPU ali təhsil müəssisələrinin sərgisində təmsil olunur

30.07.2025 17:49 47 baxış
IMG

İyulun 30-da Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda ali təhsil müəssisələrinin sərgisi başlanıb.

Sərgidə ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi, həmçinin müxtəlif qurumların – Dövlət İmtahan Mərkəzi, Elm və Təhsil Nazirliyi, Tələbə Təhsil Kredit Fondu, “Abituriyent” jurnalı redaksiyası və “otk.az” onlayn sınaq imtahanı portalının stendləri ilə yanaşı Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) stendi də yer alır.

ADPU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, avqustun 1-dək davam edəcək sərgidə abituriyentlər, valideynlər və digər iştirakçılar Pedaqoji Universitetin stendində ADPU-nun nümayəndələri ilə birbaşa ünsiyyət quraraq ixtisaslar, tədris proqramları, maddi-texniki baza, təhsil haqqı, güzəştlər, təqaüd proqramları və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab ala bilərlər. ADPU-nun əməkdaşları stendə yaxınlaşan iştirakçılara bu universitet haqqında ətraflı məlumat verir, qəbul aparılan ixtisaslar, tədris infrastrukturu, tələbə həyatı, təqaüd və güzəşt imkanları, mübadilə proqramları və s. informasiyaların əks olunduğu məlumatlandırıcı broşür və bukletləri təqdim edirlər.

Sərginin ilk günündən ADPU-nun stendi ziyarətçilərin xüsusi marağına səbəb olub.

Xəbər lenti