Logo

DİM təsviri sənəti seçən abituriyentlərin müraciətlərinə baxacaq

23.07.2025 11:29 43 baxış
IMG

21-23 iyul 2025-ci il tarixlərində Bakı şəhəri 167 nömrəli tam orta məktəbdə keçirilən qabiliyyət imtahanlarının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Apellyasiya komissiyası təşkil ediləcək.

TƏHSİL.BİZ xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. 

Apellyasiya komissiyası 26 iyul 2025-ci il tarixində saat 09:00-dan 16:00-dək fəaliyyət göstərəcək.

TarixKomissiyanın nömrəsiFənnÜnvan
26.07.2025

15-Dekorativ tətbiqi sənət

 

rəngkarlıq167 N-li tam orta məktəb, Yasamal rayonu,  Şərifzadə küçəsi 152
26.07.2025211-Təsviri sənətrəsm167 N-li tam orta məktəb, Yasamal rayonu,  Şərifzadə küçəsi 152

Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər şəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsi ilə birlikdə şəxsən binaya yaxınlaşıb, ərizə yazmalıdırlar. Abituriyentlərin müraciətlərinə yerində baxılacaq.

Xəbər lenti