Elm və Təhsil Nazirliyinin tabeliyində Uşaqların Müdafiəsi İdarəsinin mütəxəssisi vəzifəsinə işçi qəbulunu elan edir.
Bu barədə idarədən TƏHSİL.BİZ -ə məlumat verilib.
Regionlar:
– Bakı, Sumqayıt, Xırdalan, Gəncə, Lənkəran, Masallı, Cəlilabad, Yevlax, Ağdaş, Mingəçevir şəhərləri üzrə.
Tələblər:
– Təhsildə sosial psixoloji xidmət, psixologiya, sosiologiya, korreksiyaedici təlim, sosial iş, ibtidai sinif müəllimliyi ixtisası, ali təhsilin bakalavr və magistr pilləsini bitirən məzunlar arasından təhsil nəticələri yüksək olan, uşaq yönümlü, emosional sabitliyini qorumağı bacaran, məsuliyyətli, intizamlı və İKT bacarıqlarına malik olan şəxslər.
– 21-30 yaş aralığı;
– Azərbaycan dilində səlis danışmaq;
Qeyd: İşə qəbul prosesində Ingilis dilini bilən namizədlərə üstünlük veriləcək.
Öhdəliklər:
– Təhsilalanların hüquqlarının müdafiəsi işinin təşkili;
– Məktəb heyəti və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq;
– Fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək.
UMİ-nin mütəxəssisi vəzifəsinə işə qəbul olunması üçün CV-lərinizi (əlaqə nömrəsi qeyd edilməklə, elektron məktubun mövzu yerinə işə
qəbul olunmaq istədiyiniz region daxil olunmaqla) [email protected] ünvana göndərin və aşağıdakı linkdən qeydiyyatdan keçin.
https://docs.google.com/.../14-N-jv84oyegS.../edit
Əlavə olaraq bildiririk ki, CV-ə baxılacaq uyğun namizədlər test mərhələsindən uğurla keçdiyi halda müsahibə mərhələsinə dəvət oluncaqlar. Müsahibənin nəticələrinə əsasən işə qəbul olunacaqlar.
Son müraciət tarixi: 08.08.2025.