Logo

ADPU Ali Təhsildə Keyfiyyət üzrə Beynəlxalq Konfransa ev sahibliyi edəcək

25.07.2025 09:58 61 baxış
IMG

27–28 noyabr 2025-ci il tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Ali Təhsilin Keyfiyyəti Şurası (YÖKAK), Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Türkiyənin Çankaya Universitetinin birgə təşkilatçılığı ilə “Ali Təhsildə Keyfiyyət üzrə Beynəlxalq Konfransı (IQC 2025)” keçiriləcək. 

Bu barədə TƏHSİL.BİZ -ə universitetdən məlumat verilib.

Bildirilib ki, IQC-nin əsas məqsədi ali təhsildə keyfiyyət təminatı, akkreditasiya, tədris və öyrənmə prosesləri, tələbə yönümlü təhsil, rəqəmsal transformasiya və institusional keyfiyyət idarəçiliyi kimi sahələrdə çalışan alimləri, tədqiqatçıları, pedaqoqları və qərarvericiləri bir araya gətirərək nəzəri bilik, tədqiqat nəticələri və yaxşı təcrübələrin paylaşılmasına şərait yaratmaqdır. Konfransda təxminən 200 xarici iştirakçının iştirakı gözlənilir.

Qeyd edək ki, IQC Konfransı indiyədək Berlin, Paris, İstanbul, Vyana, Roma, Barselona, Praqa və Quarda kimi bir sıra tanınmış elmi mərkəzlərdə təşkil olunmuş və beynəlxalq akademik ictimaiyyət arasında geniş nüfuz qazanmışdır. 

Konfransın əhatə etdiyi mövzularda məqalə (tezis) ilə iştirak etmək istəyən təqiqatçılar məqalələrini konfransın internet səhifələri üzərindən ( www.icqh.net və www.ite-c.net ) konfransın beynlxalq katibliyinə onlayn qaydada təqdim etməlidirlər. İştirak ödənişsizdir.


 

Xəbər lenti