Logo

Bu universitet hüquqi adını saxlamaqla rebrendinq edəcək - Rektor AÇIQLADI

29.07.2025 09:04 49 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti hüquqi adını saxlamaqla rebrendinq etmək niyyətindədir.

TƏHSİL.BİZ xəbər verir ki, bu barədə universitetin rektoru Rüfət Əzizov "AzEdu.Az"a müsahibəsində deyib.

Rektor bildirib ki, ölkədə bəzi universitetlər artıq daha yığcam, yadda qalan və kommunikasiya baxımından daha əlverişli adlarla tanınmağa başlayıb. ADNSU-nun adındakı mürəkkəblik isə ictimaiyyətlə ünsiyyətdə və beynəlxalq tanınmada müəyyən çətinliklər yaradır.

"Universitetimizin tarixinə nəzər salsaq, ötən əsrdə “Azərbaycan Sənaye İnstitutu” – Azİİ adı ilə regionda və qlobal miqyasda tanındığını görürük. Azİİ brendi nəinki elmi və texniki uğurları, həm də sənaye sahəsinə verdiyi töhfələrlə dərin iz qoyub. Bu baxımdan, universitetin yenidən brendinqi məsələsi gündəmdədir.

Biz bu tarixi irsə sadiq qalaraq, hazırki rəsmi adı saxlanılmaqla, universitetin gələcəkdə “AZİ Universiteti” adı ilə tanınmasını planlaşdırırıq. Məqsədimiz universiteti qlobal miqyasda daha tanınan, kommunikativ baxımdan daha çevik və brend baxımından daha bütöv bir kimliklə təqdim etməkdir. "AZİ Universiteti" adı həm keçmişin mirasını qoruyur, həm də gələcəyin çağırışlarına cavab verən müasir elm və texnologiya mərkəzi obrazı yaradır".

Xəbər lenti