Logo

“Huawei” şirkəti BDU-da rəqəmsal təhsil və idarəetmə sistemləri ilə bağlı təqdimat edib

17.07.2025 14:49 62 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) ilə “Huawei” şirkəti arasındakı əməkdaşlıq çərçivəsində universitetdə “Smart Campus” və “Smart Classroom” rəqəmsal həlləri üzrə təqdimat və müzakirə sessiyası keçirilib.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, tədbir “Huawei” İKT Akademiyasının təşəbbüsü çərçivəsində əməkdaşlıq imkanlarının araşdırılması məqsədi daşıyıb.

Təqdimatda BDU-nun İnformasiya Təminatı Mərkəzi, Tədrisin Təşkili və İdarəolunması Mərkəzi və Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin əməkdaşları iştirak ediblər.

“Huawei” şirkətinin texniki komandası tərəfindən universitet mühitinə inteqrasiya edilə biləcək rəqəmsal təhsil və idarəetmə sistemləri barədə geniş informasiya təqdim olunub.

Görüş çərçivəsində universitetin rəqəmsal transformasiya strategiyasına uyğun olaraq, “Huawei” ilə birgə həyata keçirilə biləcək təlim və inkişaf proqramları, texnologiyaların tətbiqi və texniki əməkdaşlıq sahəsində mümkün tərəfdaşlıq istiqamətləri müzakirə olunub.

Xəbər lenti