Logo

Doktorantura səviyyəsində də SABAH qrupları yaradılacaq

25.07.2025 14:53 61 baxış
IMG

Növbəti mərhələdə SABAH proqramına doktorantların da qoşulması nəzərdə tutulur. 

Elm və Təhsil Nazirliyindən TƏHSİL.BİZ -ə bildirilib ki, doktorantlar üçün tədrisəsaslı, yeni məzmunlu təhsil proqramlarının tətbiqi planlaşdırılır. 

Bildirilib ki, yeni SABAH proqramının ilkin olaraq 10-dan çox ali təhsil müəssisəsini, 50-yə yaxın ixtisas üzrə 3000-ə yaxın tələbəni əhatə etməsi nəzərdə tutulur. Bu siyahıya artıq neçə illərdir ki, SABAH çərçivəsində kadr hazırlığı aparan ənənəvi universitetlərlə yanaşı, ADA Universitetinin, Bakı Ali Neft Məktəbinin və özəl ali təhsil müəssisələrinin də qoşulması gözlənilir.

Xəbər lenti