Logo

Dövlət Proqramında ilk dəfə Çin universitetlərinə qəbul aparılacaq

29.07.2025 15:52 54 baxış
IMG

Bu ildən etibarən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) çərçivəsində ilk dəfə olaraq Çin Xalq Respublikası da qəbul ölkələri siyahısına daxil edilib.

Bunu TƏHSİL.BİZ -ə müsahibəsində Dövlət Proqramının İdarəetmə Qrupunun rəhbəri Turan Topalova bildirib. Onun sözlərinə görə, bu il qəbul edilən tələbələr arasında Çin universitetlərinə üstünlük verənlər də yer alır.

Turan Topalova, həmçinin qeyd edib ki, Böyük Britaniya, ABŞ və Türkiyə əvvəlki illərdə olduğu kimi bu il də gənclərin ən çox müraciət etdiyi istiqamətlər sırasındadır.

Xəbər lenti