Logo

"Yenilənən məktəblər": Füzuli rayonu Aşağı Alxanlı kənd tam orta məktəb – FOTOLAR

24.07.2025 11:55 81 baxış
IMG

Ötən il yenilənən təhsil müəssisələrindən biri Füzuli rayonu Aşağı Alxanlı kənd tam orta məktəbidir.

TƏHSİL.BİZ "Yenilənən məktəblər" rubrikası çərçivəsində bu dəfə sözügedən məktəb barədə məlumatı təqdim edir:

Təhsil ocağı 132 şagird yerlikdir. Tikinti işlərinə 2023-ci ilin dekabrında başlanılıb, 2024-cü il avqust ayında isə işlər başa çatdırılıb.

Məktəbdə 10 sinif, 1 məktəbəhazırlıq, 2 texnologiya otağı, 3 laboratoriya, 1 informatika, 1 hərbi hazırlıq kabineti, kitabxana, 80 yerlik akt zalı, 40 yerlik yeməkxana və 283.2 kv. metr sahəsi olan idman zalı var.

 

 

 

 


 

Xəbər lenti