Logo

Peşə təhsilində yeni ixtisaslar yaradılıb

21.07.2025 12:05 59 baxış
IMG

“2025-ci ildən etibarən 5-i yüksək texniki, 5-i texniki peşə ixtisası olmaqla, 10 yeni ixtisas yaradılır”.

TƏHSİL.BİZ  xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov peşə təhsili ilə bağlı təşkil olunan brifinqdə söyləyib.

O, yüksək texniki peşələrin adlarını açıqlayıb: “Rəqəmsal məzmun idarəçiliyi”, “İstehsalata rəqəmsal nəzarət sistemləri”, “Satış və marketinq”, “Mexatronika”, “Tədbirlərin təşkili və idarəedilməsi”

“3D oyun dizaynı”, “Avtomobil daşımaları operatoru”, “Rəqəmsal inşaat”, “Qaz kəmərləri çilingəri”, “Elektrik sayğacları texniki” isə yeni yaradılan texniki peşə ixtisaslarıdır.

Gələn ilin sonuna qədər 9200 şəxsin yüksək texniki peşə təhsilinə cəlb edilməsi planlaşdırılır.

Xəbər lenti