Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF-2025) Azərbaycan gəncləri növbəti parlaq nailiyyətə imza atıblar.
TƏHSİL.BİZ xəbər verir ki, beynəlxalq idman tədbirində ölkəmizi təmsil edən Gülşən Hüseynova cüdo üzrə yarışlarda 44 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb.
Final mərhələsində Gülşən İsrail idmançısı Yuval Qabaya üzərində ippon fəndi ilə inamlı qələbə qazanaraq turnirin ən güclüsü olduğunu sübut edib.
Qeyd edək Gülşən Hüseynova “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin cüdo bölməsinin yetirməsidir.