Logo

Azərbaycanda ilk – UNEC-də Beynəlxalq Mini-MBA Proqramına başlanılır

17.07.2025 11:59 55 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), “Synergia Academy” və Türkiyənin Sabancı Universiteti arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən Beynəlxalq Mini-MBA Proqramına başlanılır.

UNEC-dən TƏHSİL.BİZ-ə bildirilib ki, proqram beynəlxalq təcrübəyə əsaslanan, real biznes mühitində tətbiq oluna biləcək praktiki bacarıqları əhatə edən unikal tədris modelidir. Mini MBA proqramı uzunmüddətli təhsil öhdəliyi olmadan biznes sahəsində dərindən və effektiv şəkildə biliklərini artırmaq istəyən sahibkarlar, orta və yüksəkvəzifəli mütəxəssislər üçün nəzərdə tutulub.

Proqram biznesin əsas istiqamətlərini əhatə edən 9 moduldan ibarətdir. Təlimlər real bazar təcrübəsinə əsaslanan yanaşma ilə təqdim olunacaq və iştirakçılara yeni şəbəkələşmə imkanları, bilik və bacarıqlar qazandıracaq.

Tədris prosesi UNEC-in 3-cü tədris binasında (Murtuza Muxtarov 194) əyani formatda keçiriləcək. Dərslər yerli və beynəlxalq təcrübəyə malik peşəkarlar tərəfindən aparılacaq.

Yerlər məhduddur. Qeydiyyat avqustun 30-dək aparılacaq.

Qeydiyyat üçün: [email protected]

Xəbər lenti