Logo

ADPU-nun Ağcabədi filialı müəllim vakansiyaları elan edir

22.07.2025 16:20 67 baxış
IMG

Аzərbаycаn Dövlət Pedaqoji Univеrsitеtinin (ADPU) Ağcabədi filialı kafedralar üzrə vakant müəllim vəzifələrini tutmaq üçün müsabiqə elan edir.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, vakant vəzifələr aşağıdakılardır:

1.Fizika, riyaziyyat, informatika və onların tədrisi texnologiyası kafedrası (riyaziyyat müəllimi, fizika müəllimi);
2.Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrası (İngilis dili müəllimi).

Müsabiqədə elmi-pedaqoji təcrübəyə, müvafiq elmi ad və dərəcələrə malik olan, ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirən magistr elmi ixtisas dərəcəli şəxslər iştirak edə bilərlər. 

Müraciət edən namizədlərdən aşağıdakılar tələb olunur:
- kompüterdən (Office proqramları – word, excel, power point, microsoft teams və s.) istifadə bacarığı;
- tədrisin onlayn formada təşkili üzrə bacarıqlar;
- yüksək peşə-ixtisas və mənəvi keyfiyyətlər.

Sənədlər:
- Şəxsiyyəti təsdiq edən sənədin surəti
- Diplom və diploma əlavənin surəti
- Əmək kitabçasının surəti

Sənədlər bu elan qəzеtdə və adpuagcabedi.edu.az saytında dərc olunan gündən 30 gün müddətində elektron qaydada qəbul edilir.

E-poçt: [email protected]
            adpuagcabedi.edu.az

Xəbər lenti