Logo

UNEC beynəlxalq reytinqdə irəliləyib

04.06.2025 10:33 130 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) beynəlxalq miqyasda mühüm uğur qazanıb imza atıb. 

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, “Round University Rankings” (RUR) 2025 reytinqinə əsasən, UNEC 2022-ci illə müqayisədə dünyada 960-cı yerdən 855-ci yerə yüksəlib. Bu nəticə ilə UNEC ölkə üzrə ikinci yerdədir.

UNEC-in topladığı ümumi bal 42631 olmaqla son 3 ildə 12326 bal və yaxud 40 faizə yaxın artıb. 

 


 

Xəbər lenti