Logo

BDU-da yaz imtahan sessiyası başlanıb

02.06.2025 13:15 101 baxış
IMG

İyunun 2-dən Bakı Dövlət Universitetində (BDU) 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. Sessiya 5 həftə ərzində davam edəcək.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, bakalavriat səviyyəsi üzrə imtahanlar yazılı və şifahi olmaqla iki növbədə (saat 10:00 - 13:00 və saat 14:00 - 17:00), magistratura səviyyəsi üzrə saat 14:00-dan 17:00-dək keçiriləcək.

Bakalavriat səviyyəsində 701 qrup üzrə 16000-dən çox, magistratura səviyyəsində 215 ixtisaslaşma üzrə 1175 magistrant imtahan verəcək. Müxtəlif səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2025-cü il iyul ayının 3-dən 7-dək şərait yaradılacaq.

Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif, Elm və Təhsil Nazirliyinin “Qaynar xətt”i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.


 

Xəbər lenti