Logo

BMU Daşkənddə “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub

02.06.2025 15:25 145 baxış
IMG

Bakı Mühəndislik Universiteti (BMU) Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, BMU nümayəndə heyətinin iştirak etdiyi sərgi Azərbaycan və Özbəkistan arasında elm və ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Elm və Təhsil Nazirliyi və ali təhsil müəssisələrinin rəhbər heyətinin Özbəkistana səfəri çərçivəsində təşkil edilib.

Sərginin açılış mərasimində elm və təhsil nazirinin müavini İdris İsayev, Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini Şahrux Daliyev, eləcə də digər rəsmi şəxslər BMU stendi ilə tanış olublar. Stendi ziyarət edənlərə universitetdə tədris olunan müasir ixtisaslar barədə məlumat verilib, həmçinin təqaüd proqramları və tələbə həyatı, əcnəbi tələbələr üçün yaradılan imkanlarla bağlı dolğun informasiyalar təqdim edilib.

Qeyd edək ki, Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyasının 13-cü iclasının protokolunda nəzərdə tutulan tapşırıqların icrası istiqamətində atılmış mühüm addımlardan biri olan sərgi mədəniyyətlərarası əlaqələri gücləndirmək, tələbə mübadiləsini təşviq etmək və ölkəmizdə təhsil alan xarici tələbələrin sayını artırmaq məqsədi daşıyıb.

 

 

 

 


 

Xəbər lenti