Logo

BANM tələbələri Pakistanda keçiriləcək beynəlxalq yarışda iştirak etmək şansı qazanıblar

05.06.2025 16:12 65 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Pakistanda keçiriləcək beynəlxalq yarışda iştirak etmək şansı qazanıblar.

BANM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, FICS – “İnnovativ və yaradıcı həllərin tapılması” beynəlxalq startap müsabiqəsinin ilk mərhələsində tələbələr parlaq nəticə göstəriblər.

Birinci yerə “CleanX” komandası - kimya mühəndisliyi ixtisası üzrə təhsil alan III kurs tələbələri Nərmin Nəbiyeva və Zərifə Əsədullayeva layiq görülüb.

İkinci yeri “Insight Glasses” qrupu - kompüter mühəndisliyi ixtisası üzrə təhsil alan II kurs tələbəsi Emil Abdullayev və biznesin idarə edilməsi ixtisası üzrə təhsil alan II kurs tələbəsi Seymur Əliyev tutub. Dördüncü yerə isə “Agrowise” komandası - proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan IV kurs tələbələri Cəbrayıl Qasımlı və Əli Quluzadə, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan III kurs tələbəsi Aysel Rəhimli çıxıb.

Bu uğurlu nəticə sayəsində komandalar final mərhələdə iştirak etmək üçün Pakistanın İslamabad şəhərinə vəsiqə qazanıblar.

Xəbər lenti