Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2025–2026-cı tədris ili üçün bakalavriat səviyyəsində qəbul planı 2600 yer müəyyən edilib. Ötən tədris ilində bu göstərici 2470 yer olub. Beləliklə, qəbul planında artım müşahidə olunur.
Bu barədə TƏHSİL.BİZ -ə AzMİU-dan məlumat verilib.
AzMİU ölkənin memarlıq və inşaat sahəsində ixtisaslaşmış yeganə ali təhsil müəssisəsi olaraq, əmək bazarının tələblərinə cavab verən mütəxəssislər yetişdirir. Keyfiyyətli tədris mühiti, güclü professor-müəllim heyəti və maddi-texniki bazanın müasir tələblərə uyğun inkişaf etdirilməsi nəticəsində abituriyentlər arasında AzMİU-ya olan maraq ildən-ilə artır.
Bundan əlavə, universitetin son illərdə həyata keçirdiyi islahatlar, beynəlxalq əməkdaşlıq əlaqələri, rəqəmsal transformasiya və tələbəyönümlü yanaşmalar da AzMİU-nun cəlbediciliyinin və imicinin yüksəlməsində mühüm rol oynayır. Qəbul planındakı artım həm də universitetin davamlı inkişaf strategiyasının bir göstəricisidir.