RUR – “Round University Ranking” beynəlxalq reytinq agentliyi 2025-ci il üçün dünya universitetlərinin növbəti reytinq nəticələrini açıqlayıb.
Açıqlanan siyahıya əsasən, Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) bu nüfuzlu beynəlxalq reytinqdə ilk dəfə yer alaraq mühüm uğura imza atıb.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, RUR-un 2025-ci il reytinqində Azərbaycanın 15 ali təhsil müəssisəsi arasında ATMU ilk 7-likdə qərarlaşıb.
ATMU dünya universitetləri arasında isə 1114-cü sıradadır.
Qeyd edək ki, “Round University Ranking” qiymətləndirmə sistemində universitetlər tədrisin keyfiyyəti (40%), tədqiqatın keyfiyyəti (40%), beynəlmilləşmə (10%) və maliyyə dayanıqlılığı (10%) olmaqla 20 əsas parametr üzrə qiymətləndirilir.
ATMU-nun bu reytinqdə yer alması universitetin son illərdə əldə etdiyi nəticələrin göstəricisi kimi qiymətləndirilir.