Logo

BSU “Azərbaycan–Özbəkistan: Ali təhsildə əməkdaşlığın inkişafında prioritet istiqamətlər” mövzusunda keçirilən Forumda iştirak edib

02.06.2025 11:33 112 baxış
IMG

Bakı Slavyan Universiteti (BSU) 28–29 may tarixlərində Əndican şəhərində “Azərbaycan–Özbəkistan: Ali təhsildə əməkdaşlığın inkişafında prioritet istiqamətlər” mövzusunda keçirilən Forumda iştirak edib. Tədbir çərçivəsində BSU ilə Səmərqənd Dövlət Xarici Dillər İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bundan əlavə BSU Daşkənd şəhərində keçirilən “Study in Azerbaijan” təhsil sərgisində də fəal iştirak edib. Sərgi çərçivəsində universitetimiz tərəfindən tərcümə olunan “Qərbi Azərbaycana Qayıdış” Konsepsiyası digər beynəlxalq tədbirlərdə olduğu kimi, bu dəfə özbək dilindəki nüsxəsi ziyarətçilərə təqdim olunub.

Xəbər lenti