Logo

BMU tələbələri beynəlxalq çempionatda ölkəmizi uğurla təmsil ediblər

03.06.2025 15:26 108 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) bakalavriat səviyyəsi üzrə ekologiya mühəndisliyi ixtisasının I kurs tələbəsi Saleh Quluzadə və magistratura səviyyəsi üzrə memarlıq mühitinin dizaynı ixtisasının I kurs tələbəsi Şahin Cəlilov Nijni Novqorod şəhərində keçirilən beynəlxalq “Professionals” bacarıqlar çempionatında ölkəmizi uğurla təmsil ediblər.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, gənclərin professional texnoloji bacarıqlarının nümayiş etdirilməsi məqsədilə keçirilən və müxtəlif ölkələrin komandalarının qatıldığı çempionatda BMU tələbələri - Saleh Quluzadə beynəlxalq iştirakçı, Şahin Cəlilov beynəlxalq ekspert-mentor qismində müvəffəqiyyətlə çıxış ediblər.

Yarışın sonunda Saleh Quluzadə virtual və artırılmış reallığın hazırlanması üzrə beynəlxalq iştirakçı, komanda kateqoriyasında I, beynəlxalq kateqoriyada isə II yeri qazanıb.

Qeyd edək ki, Rusiya Federasiyasının Təhsil Nazirliyi tərəfindən təşkil olunan çempionatda BMU tələbələrinə mentorluq dəstəyi “SUMbuilders” MMC tərəfindən verilib.

Xəbər lenti