Logo

BANM tələbələri beynəlxalq yarışda iştirak hüququ qazanıblar

05.06.2025 11:42 65 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri FICS – “İnnovativ və Yaradıcı Həllərin Tapılması” beynəlxalq startap müsabiqəsinin finalına iştirak etmək şansı əldə ediblər.

TƏHSİL.BİZ  xəbər verir ki, yarışın ilk mərhələsində BANM-in 3 komandası uğur qazanıb.

I yer – "CleanX" komandası ("Kimya mühəndisliyi" III kurs tələbələri Nərmin Nəbiyeva və Zərifə Əsədullayeva);

II yer – "Insight Glasses" komandası ("Kompüter mühəndisliyi" II kurs tələbəsi Emil Abdullayev və “Biznesin idarə edilməsi” II kurs tələbəsi Seymur Əliyev);

IV yer – "Agrowise" komandası ("Proseslərin avtomatlaşdırılması mühəndisliyi" IV kurs tələbələri Cəbrayıl Qasımlı və Əli Quluzadə, III kurs tələbəsi Aysel Rəhimli).

Bu uğurlu nəticə sayəsində komandalar müsabiqənin Pakistanın İslamabad şəhərində keçiriləcək final mərhələsində iştirak etmək üçün vəsiqə qazanıblar.

 


 

Xəbər lenti