Qarabağ Universitetində yaz semestrinin imtahan sessiyasına start verilib.
TƏHSİL.BİZ xəbər verir ki, imtahan prosesində yazılı, şifahi, təqdimat (layihə) əsaslı qiymətləndirmə, test üsulu ilə qiymətləndirmə, ev tapşırığı, praktiki və qarışıq qiymətləndirmə kimi müasir, eyni zamanda, çoxşaxəli üsullardan istifadə edilir.
Suallar tələbələrin dərin biliyini yoxlamaq məqsədilə Blum taksonomiyasına uyğun hazırlanıb.
İmtahanlar 2 iyun tarixindən 5 iyul tarixinədək davam edəcək.