Logo

Məktəbli qız voleybolçular Vətənə qayıdıblar

03.06.2025 15:46 81 baxış
IMG

16 yaşadək məktəbli qız voleybolçuların Azərbaycan birinciliyinin qalibi olmaqla Naxçıvan idmanı tarixində ilkə imza atan "Mömünə Xatun" komandasının üzvləri doğma diyarda təntənəli şəkildə qarşılanıblar.

TƏHSİL.BİZ xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında təşkil olunan qarşılanma mərasimində komandanı dövlət rəsmiləri, idman ictimaiyyəti nümayəndələri, könüllü gənclər, idmançılar və komanda heyətinin yaxınları iştirak ediblər. 

Naxçıvan Muxtar Respublikası təhsil naziri Elxan Nəcəfov, Gənclər və İdman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov, Azərbaycan Voleybol Federasiyası Naxçıvan Filialının direktoru Vüqar Əliyev voleybolçuları və məşqçi heyətini möhtəşəm nailiyyət münasibətilə təbrik edib, uğurlar arzulayıblar. 

Qeyd olunub ki, qazanılan tarixi nailiyyət muxtar respublikada qadın idmanın, ümumilikdə bədən tərbiyəsi və idmanın inkişafına mühüm töhfə, uşaq və yeniyetmələr üçün böyük stimuldur. Tarixi uğur idman sahəsində atılan addımların, voleybolun inkişafı istiqamətində görülən işlərin, gərgin əməyin bəhrəsi kimi qiymətləndirilib. 

Hava Limanından ayrılan heyət daha sonra ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucaldılmış abidəsini ziyarət etməklə dahi şəxsiyyətin xatirəsinə olan ehtiramlarını ifadə ediblər.

 

 

 

 


 

Xəbər lenti