Logo

BDU “Round University Ranking” reytinqində 137 pillə irəliləyib

02.06.2025 10:25 105 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) 2025-ci il üçün açıqlanan “Round University Ranking” (RUR) beynəlxalq reytinq cədvəlində 137 pillə irəliləyərək, Azərbaycanın ali təhsil müəssisələri arasında lider mövqeyə sahib olub. BDU bu nüfuzlu reytinqdə 825-ci mövqedə qərarlaşaraq, ötənilki 962-ci göstərici ilə müqayisədə ciddi irəliləyiş nümayiş etdirib.

TƏHSİL.BİZ xəbər verir ki, RUR reytinqi dünya üzrə ali təhsil müəssisələrinin fəaliyyətini 20 göstərici əsasında dörd strateji sahə – tədris (40 faiz), tədqiqat (40 faiz), beynəlxalq müxtəliflik (10 faiz) və maliyyə dayanıqlığı (10 faiz) üzrə qiymətləndirir.

RUR reytinqinin məlumatları nüfuzlu “Clarivate Analytics” şirkətinin “Global Institutional Profiles Project” platforması vasitəsilə toplanır və “Web of Science Core Collection” bazasındakı bibliometrik göstəricilərə əsaslanır. Tədris və tədqiqat sahələrində reputasiya göstəriciləri isə hər il keçirilən Akademik Reputasiya Sorğusu əsasında müəyyənləşdirilir.

Xəbər lenti