Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyə Respublikasının Ankara Hacı Bayram Vəli Universiteti arasında anlaşma memorandumu imzalanıb.
BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, memorandumda hǝr iki universitetin nǝzdindǝ olan fakültǝ, institut vǝ kolleclǝrdǝ təlim-tədris prosesinin təkmilləşdirilməsi vǝ beynǝlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramlar, tədris planları və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də memorandumda öz əksini tapıb.
Sənədi BDU-nun rektoru Elçin Babayev və Ankara Hacı Bayram Vəli Universitetinin rektoru Mehmet Naci Bostancı imzalayıb.