Logo

Naxçıvanın voleybol komandası ölkə çempionu oldu

03.06.2025 08:38 167 baxış
IMG

️Naxçıvanın 16 yaşadək məktəbli qız voleybolçularından ibarət "Möminə Xatun" komandası ilk dəfə olaraq Azərbaycan çempionatının qalibi  olub.

TƏHSİL.BİZ xəbər verir ki, finalda "Azerrail" komandası ilə qarşılaşan təmsilçimiz gərgin keçən oyunda əzmkar qələbə qazanıb. 

1-ci seti qalib başa vuran komandamız hesabda 2:1 geriyə düşdüyü oyunu tay-brekdə çevirərək  3-2 qalib gəlib və voleybol tariximizdə ilk dəfə Naxçıvan komandası ölkə çempionu olub.

Xəbər lenti