İyunun 12-14-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı və “PAŞA Holdinq” şirkətlər qrupunun baş sponsorluğu ilə VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-2025) təşkil olunacaq. UNEC-in 95 illik yubileyinə həsr olunan builki konfransın mövzusu “Dairəvi iqtisadiyyat və dayanıqlı ekosistem”dir.
Bu barədə TƏHSİL.BİZ -ə iqtisad universitetindən məlumat verilib.
Konfrans çərçivəsində kitab sərgisi, məruzə sessiyaları və onlayn vörkşoplarla yanaşı, “COP-29 Azərbaycan töhfəsi: iqlim dəyişikliyi və maliyyələşdirilməsi, resurslardan səmərəli istifadə” və “Dairəvi iqtisadiyyatın drayverləri: rəqəmsal transformasiya və dayanıqlı ekosistem” mövzularında panel müzakirələr təşkil olunacaq.
Beynəlxalq konfransın elm komitəsi tərəfindən müsbət dəyərləndirilən tədqiqat işləri dünyanın 20-yə yaxın elmi bazasında indekslənəcək.